Belarus vətəndaşı Azərbaycan sərhədində ÖLDÜbackend

Belarus vətəndaşı Azərbaycan sərhədində ÖLDÜ

Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Korziuk Ruslan idarə etdiyi iritonnalı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı R. Korziukun ürəktutmasından həyatını itirdiyi məlum olub.

45 yaşlı R. Korziukun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*