Belarusla bağlı şok gəlişmə: “Artıq müzakirələr başlayıb”backend

Belarusla bağlı şok gəlişmə: “Artıq müzakirələr başlayıb”

Belarus dövləti Avropaya daxil olan qanunsuz miqrantlar üçün turizm agentliyi kimi işləyir.

KONKRET.az xəbər verir ki, bunu Polşa Xarici işlər naziri Zbiqnev Rau deyib.

O qeyd edib ki, Belarus hakimiyyəti miqrantlara qanunsuz şəkildə dövlət sərhədlərindən istifadə edilməsinə icazə verir.

“Belarus hakimiyyəti bunun “ən təmiz” şəkildə təşkil edir. Belarus dünyanın müxtəlif yerlərində təyyarəyə minməkdən tutmuş, Belarus-Litva sərhədinə qədər nəqliyyatın təşkilinədək böyük bir turizm agentliyi kimi fəaliyyət göstərir. Bunlar mürəkkəb, qəribə davranışlardır”, – nazir vurğulayıb.

Rau əlavə edib ki, miqrantların Avropaya qanunsuz daşınması dayandırılmasa, bütün Avropa Birliyi Belarusa qarşı sanksiyaların zəruriliyi barədə razılığa gələcəklər. O, artıq müzakirələrin başladığını deyib və mümkün sanksiyaların etibarlılığının tərəflərdən heç biri tərəfindən sorğulanmadığını diqqətə çatdırıb. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*