Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya hələ də prezident Vladimir Putinin iqamətgahına “hücum” barədə iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib.
KONKRET.az xəbər verir ki, Sibiqa deyib:
“Məsələdən təxminən bir gün keçib, amma Rusiya hələ də Ukraynanın guya Putinin iqamətgahına ‘hücum’ etməsi barədə iddialarını təsdiqləyəcək məntiqli sübutlar təqdim etməyib. Çünki belə hücum olmayıb,” – Sibiqa X sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, BƏƏ, Hindistan və Pakistanın bu hadisə ilə bağlı narahatlıq ifadə etməsi təəccüblüdür, halbuki onun sözlərinə görə, belə bir hücum olmayıb.
“Xüsusilə təəccüblüdür ki, bu üç dövlət 7 sentyabr 2025-ci ildə Ukrayna hökumətinin real binasına düşən həqiqi rus raketi barədə heç bir rəsmi bəyanat verməyib,” – o vurğulayıb.
Nazir həmçinin Rusiyanın uzun müddətdir yalan iddialar irəli sürdüyünü xatırladıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
