“Belə missiyanı İrana etibar etmək olmaz” – Azərbaycanın maraqlarına zidd olan görüşlə bağlı İLGİNC AÇIQLAMAbackend

"Belə missiyanı İrana etibar etmək olmaz" - Azərbaycanın maraqlarına zidd olan görüşlə bağlı İLGİNC AÇIQLAMA

İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazır olduğunu bildirib. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə bəyan edib.

KONKRET.az məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

– İran həqiqətən bu görüşü keçirmək istəyirmi?

– Görüş baş tutarsa, İranın Ermənistan üzərində nəzarəti itirəcəyini düşünmək olarmı?

Qabil Hüseynli bildirib ki, İran bununla sadəcə öz ideyalarını reallaşdırmağa çalışır:

“3+3” formatını işə salmaq üçün Gürcüstanın da razılığı olmalıdır. Bu, mütərəqqi ideya olsa da, İranın burada olması ümumi olaraq heç kəsə xeyir verməyəcək. İran buradan tribuna kimi istifadə edib öz ideyalarını reallaşdırmağa çalışacaq”.

Q.Hüseynlinin sözlərinə görə, görüşün reallaşması İran-Ermənistan münasibətlərini dəyişməyəcək:

“Bu formatda görüşün baş tutması ilə İran Ermənistan üzərindəki təsirini itirməyəcək, əksinə, Azərbaycanın maraqlarına qarşı çıxacaq. Belə missiyanı İrana etibar etmək olmaz”.

“Əgər tərəflər razılıq veribsə, görüş keçirilə bilər. Azərbaycan bu görüşə razıdır. Amma orada Gürcüstan iştirak etməyəcək. Gürcüstan olmadan isə nəzərdə tutulan altılıq görüş alınmır. Ona görə də, düşünürəm ki, müzakirələrin nə qədər səmərəli olacağını demək çətindir”, – deyə politoloq fikrini tamamlayıb.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*