Bələdiyyə seçkilərində ekzit-polun (exit poll) keçirilməyəcəyi müəyyənləşib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Report-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, ekzit-poll keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti “Təqvim planı”na uyğun olaraq yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.