Bələdiyyə üzvü olan VHP funksioneri GAP-a transfer oldubackend

Bələdiyyə üzvü olan VHP funksioneri GAP-a transfer oldu

Bələdiyyə üzvü olan VHP funksioneri GAP-a transfer oldu.

KONKRET.az xəbər verir ki, bu barədə Murad Hüseyn Difai özünün facebook sə\hifəsində yazıb.

O, daha sonra bildirib:

“Bu gənc yaşımda ömrümə düşən qədər ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdim. Fəaliyyətim nəticəsində bir müddət VHP sıralarında oldum. Bərdə şəhər bələdiyyəsinə keçirilən seçkilərdə özümü sınadım və qazandım! Bu bəlkə də uğura gedən, ciddi siyasət meydanında ilk uğurlarımdan oldu.

Daha sonra VHP sıralarından ayrıldım, bir müddət müstəqil fəaliyyət göstərmək istədim. Ölkənin əksər siyasi partiya inistitutları ilə bu müddət ərzində müstəqil ictimai-siyasi fəal olaraq yaxından tanış olmaq imkanı əldə etdim.

Apardığım müşahidə və təhlillərim əlbətki mənim bundan sonrakı ictimai-siyasi fəaliyyətim üçün olduqca önəmli idi.

Və budur, apardığım təhlillərdən sonra bundan sonrakı siyasi fəaliyyətimi müxalif Gələcək Azərbaycan Partiyasının sıralarında davam etdirmək qərarı verdim!

Sual yarana bilər niyə məhz Gələcək Azərbaycan Partiyası?

Çünki ölkədə mövcud olan 56 siyasi partiya içində məhz bu partiya siyasi düşüncələrimə olduqca yaxın oldu. Hesab edirəm ki, özündə liberal demokratik dəyərləri eyni zamanda milliliyimizi qorumaqla bütövlükdə birləşdirməyi bacarmış siyasi partiya məmləkətimizi inkişafa aparmaq imkanındadır. Gələcək Azərbaycan Partiyası da məhz bu kateqoriyadan olan partiyalardan biri, bəlkə də birincisidir. Eyni zamanda, partiya sədri hörmətli Ağasif bəylə də yaxın tanışlıq, dostluq münasibətləri qura bildim. Ağasif bəyin şəxsiyyəti və siyasi görüşləri demək olar ki, mənimkilərlə vəhdət təşkil edir. Mənim də seçimim bu səbəblərdən Gələcək Azərbaycan Partiyası oldu.

Əminəm ki, bundan sonra partiya rəhbərliyinin verəcəyi misiyanı da layiqincə dövlətimizin inkişafı, xalqımızın rifahı istiqamətində həyata keçirmək potensialındayam”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*