Ben Uolles NATO-nun Baş katibi olmaq şansını itirə bilərbackend

Ben Uolles NATO-nun Baş katibi olmaq şansını itirə bilər

Böyük Britaniya müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmasa, ölkənin müdafiə naziri Ben Uollesin NATO-nun növbəti Baş katibi olmaq şansı olmayacaq.

Bu barədə KONKRET.az “The Telegraph” qəzetinə istinadən xəbər verir.

Alyansdakı mənbələrin bildirdiyinə görə, Uollesin müdafiə xərclərindən danışdığına hamı diqqət yetirib. Əgər o, bu xərclərin artmasına nail olmasa, böyük ehtimalla NATO-nun növbəti Baş katibi başqa ölkədən olacaq.

Nəşr qeyd edib ki, Fransa Avropa İttifaqı ölkələrindən birinin alyansın növbəti baş katibi olmasına üstünlük verəcək.

Bundan əvvəl “Daily Mail” qəzeti bildirib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-a səfəri zamanı ölkənin müdafiə büdcəsinin artırılması ilə bağlı açıqlama verəcək. Lakin bu məbləğ Uollesin tələb etdiyi 11 milyard funt-sterlinqdən çox olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*