Dünyanın gözü kor, qulağı kar olub. Dünya sanki Vatikan ətrafında fırlanır. Burda hazırlanan islamofobiya virusu sürətlə bütün dünyaya yayılır. Müalicəsi mümkün olmayan bu xəstəlikdən isə ən çox digər dinlərin nümayəndələri əziyyət çəkir. Nə yazıq ki, islamofobiyadan əziyyət çəkən ölkələrdən biri və bəlkədə ən birincisi Azərbaycandır. Bunun sübutu isə Gəncədə, Bərdədə törədilən faciələrdir. Çünki Gəncədə, Bərdədə törədilən qırğınlar Ermənistanın “hünəri” deyil. Roma Papasının xeyir-duası və böyük xristian dövlətlərin dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin kiçik bir parçasıdır.
Doğrudur, raketi atan ermənidir. Amma erməniyə əmr verənlər ABŞ-da, Avropada, lap elə Rusiyada oturan xristian missionerlərdir. O missionerlər ki, onların görən gözü, eşidən qulağı Vatikanda oturub. Belə olmasa idi, dünən günorta saatlarında Bərdə şəhərinin bombardman edilməsinə və onlarla dinc sakinin faciəsinə ABŞ-dan, Avropadan, Rusiyadan hansısa bir reaksiya olardı. Amma olmadı və olmayacaq da. Çünki dünyada bir kabus dolaşmaqdadır. “Xristian eqosu” adlandırılan bu kabus ən çox islam aləminin şirin yuxusuna, halal çörəyinə haram qatır. Tunisdən başlayıb Liviyadan, Misirdən, Suriyadan keçib İraqda ləngiyən bu kabus indi də “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın başı üzərində dolaşır. Bir az da Pakistana, Əfqanıstana sirayət edir. Bərdəyə atılan bombalar əslində ötən gün Türkiyədə və Pakistanda törədilən terror aktlarının davamıdır. Bu terrorların hamısı bir mərkəzdən idarə olunur -Vatikandan!!..İnanmırsınız? Onda bir az da gözləyin.Hadisələrin inkişafını izləyin…
Çox az təsadüf olunan islam həmrəyliyi son günlər Vatikanı yamanca qorxuya salıb. Fransaya qarşı sərgilənən həmrəylik, əslində Xristian aləminə, ən başlıcası Vatikana bir mesaj, bir xəbərdarlıq idi. Bu mesajdan qorxuya düşən Vatikansa həmən hərəkətə keçdi. Özü də namərdcəsinə. Missionerlərinin əli ilə dinc əhaliyə qarşı terrorlar törədildi. Hərdən deyirik ki, ermənilər çox namərddir. Dostluğu ilə düşmənçiliyi bilinməz. Amma bunun günahı tək ermənilərdə deyil. Ən böyük günah erməniləri idarə edənlərdədir. Bu o dövlətlərdir ki, 30 ildir Azərbaycanın 20 faiz ərazisinin işğalına göz yumur.
Bu o dövlətlərdir ki, 30 ildir Azərbaycan xalqının haqq mübarizəsinə “atəşkəs” oyunu ilə əngəllər törədir. Bu o dövlətlərdir ki, ATƏT-in Minsk qrupuna həmsədrllik edirlər. Onların da son bir ayda sərgilədiyi mövqe hər kəsə bəllidir. ABŞ və Rusiyadan fərqli olaraq Fransanın Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ probleminə baxış bucağı tamamilə başqadır. Bu ölkə ayaqdan-başa islamofobiya virusuna yoluxub. Bu günlərdə Fransanın məşhur “Le Fiqaro” qəzetinin əməkdaşı Prezident İlham Əliyevdən müsahibə alarkən sərgilədiyi antitürk və antiislam mövqeyi hər kəsin çox yaxşı yadındadır. Müxbirin son iki sualını bir daha xatırlatmaq istəyirəm: “Cənab prezident, xristian(?!) ölkəsi olan qonşunuz Gürcüstanla münasibətləriniz necədir?” Digər sual isə belə idi: “Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?…”Buyurun bu da dünyaya haqdan, ədalətdən dərs deyən, özünü demokratiyanın və mədəniyyətin beşiyi sayan Fransanın iç üzü. Ən xırda məsələdə belə islamofobiya xəstəlikləri üzə çıxır. Belə olan təqdirdə Qarabağ probleminin ədalətli həlli üçün Fransadan yaxşı nə gözləmək olar?! Əlbəttəki, heç nə.
Ona görə də oktyabrın 28-də Bərdə şəhərində törədilən qətliama ABŞ, Rusiya, Fransa və digər Avropa dövlətlərindən ədalətli münasibət gözləmək ən yaxşı halda sadəlövhlük olar. Amma vəziyyət nə qədər gərgin olsa da? çıxılmaz deyil. Əminliklə deyə bilərəm ki, ən qısa zamanda bu cinayətdə əli olan hər kəs müzəffər Azərbaycan Ordusu və xalqı qarşısında cavab verəcək. O ki, qaldı xristian aqressiyasına… Onun da ən yaxşı cavabı islam həmrəyliyidir.
Surxay Atakişiyev,
KONKRET.az