Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldübackend

Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldü

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinindən marixuana və çətənə bitkiləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Firdovsi Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 6 kiloqram 583 qram marixuana və çəkisi 3 kiloqram 200 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*