Berlin polisi HƏMAS tərəfdarlarına qarşı bu addımı atdıbackend

Berlin polisi HƏMAS tərəfdarlarına qarşı bu addımı atdı

Berlin polisi bu həftə Alexanderplatzda keçirilməsi planlaşdırılan HƏMAS tərəfdarlarının nümayişini qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Tagesspiegel nəşri məlumat yayıb.

Məlumata görə, təşkilatçıların müraciətində tədbirin şüarı “Tamamilə Qurtuluşa qədər” kimi göstərilib. Ərizəyə əlavə olunan materiallarda keffiyeh geyinmiş insanların fotoları və 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun simvoluna çevrilmiş yamac paraplanı təsvir olunub.

Nümayişə çağırışda həmin hücum “cəsarətli üsyan” və “açıq hava həbsxanasından qəhrəmancasına qaçış” kimi təqdim edilib. BILD qəzetinin məlumatına əsasən, polis bu ifadələri terrorizmə bəraət qazandırmaq kimi qiymətləndirərək istintaqa başlayıb.

Nümayişin qadağan olunması barədə qərarı Berlin Polis Məclisinin Nəzarət Xidməti verib. Şəhərin daxili işlər naziri İris Sprengerin qərarda şəxsi iştirakı təsdiqlənməyib. Nazirliyin açıqlamasında bildirilir ki, qərar “müstəqil polis orqanı” tərəfindən qəbul edilib.

Berlin siyasətçiləri polis qərarına dəstək veriblər. SPD partiyasından olan deputat Martin Matz bunu “doğru addım” adlandırıb:

“Terroru tərənnüm edənlərə qarşı aparılan araşdırmalar 7 oktyabrın ildönümündə hüquqi dövlətin əmin-amanlıq göstəricisidir,” – deputat qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*