Berlində qiymətlər: Bakı ilə özünüz müqayisə edin – SİYAHIbackend

Berlində qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Almaniyadakı qiymətlər barədə çox azərbaycanlının xəbəri var. Çünki həmin ölkəyə təhsil, maşın alveri, ən çox da işləyib yaşamaq üçün köçən azərbaycanlılar az deyil. Yəni hamımızın Almaniyada 1 tanışı var. Ora köçmək isə çoxunun fikrindən keçib.

KONKRET.az xəbər verir ki, bu yazıda söhbət sırf Almaniya paytaxtı Berlindəki qiymətlətlərdən gedəcək və sonda isə ümumən Almaniyadakı minimum əmək haqqı barədə məlumat verəcəyik. İndi sadalanan qiymətlər turizm şirkətlərinin iyul ayı üçün təqdim etdiyi rəqəmlərdir.

Kafe-restoran

Bahalı olmayan məkanda yemək 20 AZN

Orta səviyyəli obyektdə 2 nəfərlik və 3 xörəkli süfrə 110 AZN

Mac menyu 18 AZN

Ərzaq

0.33 litr su 3.90 AZN

1 litr süd 2.10 AZN

0.5 kq çörək 2.90 AZN

1 kq ağ düyü 4.40 AZN

12 ədəd yumurta 4.90 AZN

1 kq yerli pendir 21 AZN

1 kq toyuğun döş əti 15 AZN

1 kq sümüksüz mal əti 27 AZN

1 kq alma 5 AZN

1 kq apelsin 5.50 AZN

1 kq banan 3.30 AZN

1 kq pomidor 5.60 AZN

1 kq kartof 3.30 AZN

1 qutu siqaret 15 AZN

Nəqliyyat

Avtobus bileti 6.50 AZN

Taksinin orta məbləği 9-10 AZN

Almaniyada dizelin litri təxminən 3 manat 10 qəpikdirsə, benzin 2.70-3 AZN civarında dəyişir. 1 iş saatına görə 12 avro, yəni 21.60 AZN məbləğində pul ödənir.

Qeyd edək ki, peşəyə görə minimal əmək haqqı artan tempdə dəyişir. Buna brutto məvacib deyirlər. Netto qazanc vergi və s. məsrəflərdən sonra işçinin əldə etdiyi puldur. Bu ölkədə minimum əmək haqqı 1600 avro, yəni 2881 manatdır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*