Bəşər Əsəd və ən yaxın adamının ermənilərə hədsiz sevgisi – SƏBƏBbackend

Bəşər Əsəd və ən yaxın adamının ermənilərə hədsiz sevgisi - SƏBƏB

Azərbaycan xalqı tarixən həm daxildən, həm də xaricdən müxtəlif xəyanətlər görmüş, olmazın acılar yaşamışdır. Lakin xalqımızın qonaqpərvərliyi, mülayimliyi, səbrliliyi, insaniyyətlik hissləri zaman-zaman xəyanət və acıları unutdurmuşdur. Fərd olaraq bu xüsusiyyətlər bir insanı mükəmməl göstərə bilər, amma toplum olaraq bu, bizə zərər verir. Çünki biz düşmənlərimizin bizə etdiyi pislikləri tez unuduruq. Ataların yaxşı bir kəlamı var: “Keçmişini unudanın gələcəyi olmaz!”.

Xəyanətdən danışmışkən, Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatı, həmçinin əli xalqının qanına batmış, öz torpağında terroru bəsləyən diktator Əsədin rejiminə qarşı apardığı əməliyyatı Azərbaycanda bir kəsim var ki, gözdən salmaq, fərqli imic göstərmək və ləkələmək üçün əlindən gələni edir. Bu kəsimə Əhməd Bədrəddin Hassum adını xatırlatmaq istəyərdim. Təbiidir ki, onlar Hassumu çoxdan unudublar.

Mövzudan xəbəri olmayan oxucularımız sual verə bilər ki: “Kimdir bu Hassum?, Əsədlə əlaqəsi nədir?, Niyə bu ad üzərində dayandıq?”

İndi isə bu sualların cavabını ətraflı olaraq sizə təqdim edirəm.

Şeyx Əhməd Bədrəddin Hassum Suriyanın baş müftisidir. Əsədə ən sadiq insanlardan biridir. Daha da irəli gedərək “Əsədin məsləhət verənidir”, desək heç yanılmarıq. O, bu posta 2005-ci ildə təyin olunub.

Özünü dinlərarası dialoqun tərəfdarı, liberal və dünyəvi görüşlərə sahib bir din adamı kimi qələmə verən Hassum müəyyən dövrdə Avropa mediasının da diqqətini çəkmişdi. Şeyx 2007-ci ildə hətta Avropa parlamentdində çıxış etmək üçün dəvət olunmuş və onun çıxışı böyük təqdir olunmuşdu.

Bu qalmaqallı baş müftü 2 il bundan əvvəl bir çıxışı ilə Azərbaycana qarşı necə nifrət dolu olduğunu heç düşünmədən dilə gətirərək: “Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazandığı qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir. Bununla hesablaşmamaq olmaz”, – deyib.

Nifrət bununla bitir? Xeyr!

O, 2006-cı ilin sentyabrında Ermənistana səfəri zamanı İrəvandaki qondarma “erməni soyqırımı” memorial kompleksinə getməyi də unutmayıb və ziyarət kitabına “Əgər bütün xalqlar öz dinlərinə əməl etsəydi heç bir qırğın olmazdı. Erməni xalqı bu acının öhdəsindən gəlməli və yenidən yaşamalıdır” sözlərini qeyd edib.

Şeyxin bir çıxışını da xatırlatmağı özümə borc bilirəm. Çünkü Vətənimdə yuxarıda qeyd etdiyim, Türkiyəyə kin-küdurət bəsləyən həmin kəsim Bədrəddin Hassumun timsalında Əsəd rejimini dəstəkləyir.

Şeyxin sözügedən çıxışı peyğəmbərimizlə bağlıdır. Hassum illər əvvəl çıxışlarında bildirib ki, “Peyğəmbərimiz məndən yəhudiliyi və ya xristianlığı inkar etməmi istəsəydi, mən Məhəmmədi inkar edərdim. Peyğəmbər mənə insanları öldürməmi əmr etsəydi, mən onun özünü inkar edərdim”.

Deyəsən, sərsəm şeyx rəğbət bəslədiyi qatil ermənilərin Xocalıda törətdiyi soyqırımdan xəbərsizdir, ya da məsələ Türk olduqda “lalam, karam, koram” kartından istifadə edir.

Bütün bunların fonunda Əsədi dəstəkləyən dini kəsimin Vətən, Bayraq, Torpaq kimi müqəddəs hesab etdiyimiz dəyərlərimizdən danışmağa haqqları yoxdur. Çünkü Əsəd rejimini dəstəkləyənlər arasında ermənilərdə var. Heç uzağa getməyək. Rusların Xalqımıza tarixdən bu günə neçə-neçə divan tutmasından hər kəs xəbərdardır. Rusiyanın dəstəklədiyi rejimə qarşı Türkiyənin yanında olmaq vətəndaş mövqeyi, azərbaycanlı duruşudur.

Sonda isə yazımı istiqlal şairimiz Əhməd Cavadın 1918-ci ildə Gəncə şəhərində qələmə aldığı “Türk Ordusuna” şeiri ilə bitirirəm:

Ey şanlı ölkənin şanlı ordusu,

Unutmam Qafqaza girdiyin günü!

Gəlirkən qovmaya Turandan Rusu

Ayağını Qara dəniz öpdümü?

 

İlk atarkən əski bürcə addımı,

Qars qalası salam topu atdımı?

Sən yaparkən orda zəfər şənliyi,

Məğlub duşmən qaşlarını çatdımı?

 

Çıxdığın gün Allahu Əkbər

Doğma Dağıstan dağlan qibtə eylədi.

Baxdı Xan Sarayı viran tağına,

“Sən gəlirsən şən oluram” – söylədi.

 

Gəldiyin gün Küriin axar-baxan,

Əski günahlardan silkindi, çıxdı.

Eşidib Gümrüdə təkbir səsini,

Araz sevincindən dünyayı yıxdı!

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*