“Beşiktaş” – “Makkabi” matçının keçiriləcəyi ölkə açıqlandıbackend

“Beşiktaş” - “Makkabi” matçının keçiriləcəyi ölkə açıqlandı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Beşiktaş” – “Makkabi” (Tel-Əviv, İsrail) matçının keçiriləcəyi ölkə açıqlanıb.

KONKRET.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində baş tutacaq.

Matç noyabrın 28-də keçiriləcək.

Qeyd edək ki, Avropa ali futbol qurumu daha əvvəl təhlükəsizlik səbəbindən görüşün İstanbulda deyil, başqa ölkədə keçirilməsinə qərar vermişdi.

Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçiriləcək.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*