Bəzi çaylarda sululuq artdıbackend

Bəzi çaylarda sululuq artdı

Bəzi çaylarda sululuq artıb.

Bu barədə “KONKRET.az“a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Kür- Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*