Dövlət Dumasında saytlar və tətbiqlərdə avtorizasiya tələblərini pozmağa görə inzibati məsuliyyət tətbiq olunması təklif edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Dumanın deputatı Qorelkin məlumat verib:
“Qanun layihəsi informasiya resursunun sahibi tərəfindən bu öhdəliklər yerinə yetirilmədikdə cərimələrin tətbiqini nəzərdə tutur. Bəzi hallarda onların məbləği 700 min rubladək çata bilər”. Dövlət Dumasının İT komitəsinin birinci sədr müavininin sözlərinə görə, bu adi internet istifadəçilərinə aid olmayacaq. Yalnız iki ildir qanuna məhəl qoymayan sayt və tətbiq sahiblərinə şamil ediləcək.
Ağagül Mürsəlov,
KONKRET.az
