Bəzi yollarda görmə məsafəsi pisləşəcək – XƏBƏRDARLIQbackend

Bəzi yollarda görmə məsafəsi pisləşəcək - XƏBƏRDARLIQ

Noyabrın 24-də, əsasən, gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq bəzi yollarda görmə məsafəsi pisləşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı-Ələt, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Qorağan-Qax-Zaqatala, Qaraməryəm-İsmayıllı-Şəki, Ucar-Zərdab-Ağcabədi, Şəmkir-Gədəbəy, Goranboy-Tərtər, Gəncə-Daşkəsən, Gəncə-Samux, Naxçıvan-Şahbuz, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Yevlax-Xocalı-Laçın, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Göyçay-Bərgüşad, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhrəmtəpə, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Bəhrəmtəpə-Biləsuvar, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*