Biləsuvarda intihar edən 11-ci sinif şagirdi əlaçı imişbackend

Biləsuvarda intihar edən 11-ci sinif şagirdi əlaçı imiş

Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib.

KONKRET.az xəbər verir ki, məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbli əlaçı və fəal şagirdlərindən biri olub:

“Onun bu addımı atması, hər kəs üçün gözlənilməzdir. Məktəbin tədbirlərində fəallığı ilə seçilirdi”.

Hadisə fevralın 6-sı gecə saatlarında Biləsuvarda məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

2008-ci il təvəllüdlü Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Onun Birinci Qarabağ müharibəsi şəhidi Zaur Muxtar oğlu Heydərovun ailə üzvü olduğu deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Simuzərin məktəbdaxili bullinqə məruz qalması ilə bağlı məlumatlar da yayılmışdı.

Məsələ ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi “Oxu.Az”a açıqlamasında iddiaları təkzib edib.

Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.

bilesuvarda-intihar-eden-11-ci-sinif-sagirdi-elaci-imis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*