Masallıda qəza oldu, 18 yaşlı gənc öldübackend

Masallıda qəza oldu, 18 yaşlı gənc öldü

Masallı rayonunda ağır yol qəzası baş verib. 

KONKRET.az xəbər verir ki, hadisə Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 18 yaşlı Məsləhət Cabbarov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində M.Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*