Saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər.
KONKRET.AZ xəbər verir ki, fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb.
Nəticədə 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.