Bir il ərzində “i95” və “i98” markalı benzinin qiymətini bir neçə dəfə kimlər və niyə qaldırır? – AÇIQLAMAbackend

Bir il ərzində “i95” və “i98” markalı benzinin qiymətini bir neçə dəfə kimlər və niyə qaldırır? - AÇIQLAMA

Son bir il ərzində Azərbaycanda “i95” və “i98” markalı benzinin qiymətində bahalaşma müşahidə edilib. Yayılan məlumatlara görə, sözügedən oktanlı benzinin qiymətində yenidən artım olacaq. Belə ki, “i95” markalı benzinin qiymətinin 1,60 AZN-ə qədər yüksələcəyi deyilir.

Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda “i95” və “i98” markalı benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi bir neçə il öncə ləğv olundu: “Yəni Tarif Şurasının nəzarətindən çıxarıldı. Həmin vaxt qeyd olunurdu ki, bu növ benzinin satışı liberal və bazar dəyərlərinə uyğun olaraq, rəqabətli mühitdə formalaşacaq. Amma biz bunun tam əksini gördük. İndi SOCAR bu sahənin təkbaşına inhisarçısıdır və istədiyi zaman qiymətin artırılması ilə bağlı qərar verir. Nəticə etibarilə də “i95” və “i98” markalı benzinin qiymətinə görə, biz SOCAR-dan asılı vəziyyətə düşürük. Digər oyunçular yoxdur və ya bazara buraxılmır. Başqa ölkələrdən benzinin Azərbaycana gətirilməsinə imkan yaradılmır. Ona görə də SOCAR bazara qiymətləri istədiyi kimi diqtə edir. Bu səbəbdən də, il ərzində adıçəkilən markalı benzinlərin qiyməti bir neçə dəfə artıb”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Ekspertin sözlərinə görə, əsəs sual ondan ibarətdir ki, 150 ildən çoxdur neftçıxarma tarixinə malik olan Azərbaycan nəyə görə indiyədək keyfiyyətli benzin istehsalı ilə bağlı problemi həll etməyib: “Utancverici haldır ki, bu gün biz “i95” markalı benzinin 72 faizini Rusiyadan alırıq. Yəni Rusiya bunu edə bilib, ancaq biz yox. Bu da ciddi problemdir. Vaxtında modern neftayırma zavodları istifadəyə verilsə idi, o zaman biz xaricdən asılı olmazdıq və əksinə özümüz keyfiyyətli benzin istehsalçısına çevrilərdik. Bu da ölkəyə xam neft istehsalı və ixracından daha çox gəlir gətirərdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*