Bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunacaq – Bu günbackend

Bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunacaq - Bu gün

Bu gün daha bir qrup Azərbaycan vətəndaşının Almaniyadan deportasiyası gözlənilir.

KONKRET.az xəbər verir ki, deportasiya prosesi Almaniya vaxtı ilə saat 12.00-da nəzərdə tutulub.

Belə ki, ötən gün axşam saatlarında 20-ə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətiriliblər. Onların aralarında vaxtı ilə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər də var.

Hava limanı yaxınlığındakı yataqxanada yerləşdirilən Azərbaycan vətəndaşları koronavirus testi verdikdən sonra bu gün Almaniya vaxtı ilə 12:00-da təyyarə ilə Azərbaycana göndəriləcəklər./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*