Bir qrup səyyah və bloger Azıx mağarasında oldubackend

Bir qrup səyyah və bloger Azıx mağarasında oldu

Dünyanın 10 ölkəsindən olan bir qrup səyyah və bloger Azıx mağarasında olub.

KONKRET.az xəbər verir ki, xarici səyyahlara dünya tarixində mühüm yer tutan Azərbaycanın bu unikal arxeoloji abidəsinin əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, arxeoloq Məmmədəli Hüseynovun 1968-ci ildə burada aşkar etdiyi Azıx adamının qalıqları bəşər tarixində unikal tapıntı hesab olunur və işğal dövründə ermənilərin dəyərli artefaktları qanunsuz şəkildə ölkədən çıxarması beynəlxalq konvensiyaların pozuntusudur.

Azıx mağarası — Azıx kəndi yaxınlığında yerləşən 6 mağaradan ibarət kompleksdir. Mağara kompleksi Xocavən rayonu ərazisində, Quruçay çayının sol sahilində, Tuğ kəndindən 3 km aralıda, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.

Xatırladaq ki, Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın işğal edilmiş ərazilərində səfərdə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*