“Biz ilk dəli dövlətik, erməni xalq fəlakət astanasındadır, prezident piano çalır” – Ovannisyanbackend

"Biz ilk dəli dövlətik, erməni xalq fəlakət astanasındadır, prezident piano çalır" - Ovannisyan

“Doğrudanmı kimsə yoxdur ki, bu azmış pianoçuya desin: hörmətli prezident, erməni xalqı fəlakət astanasındadır, sizsə piano çalırsınız”.

KONKRET.az xəbər verir ki,  bu barədə “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyan yazıb.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada səfərdədir. Şam yeməyi zamanı Xaçaturyan pianoda ifa edib.

Onun pianoda ifası ermənilər tərəfindən tənqid olunub.

“Həqiqətən azmış pianoçuya deyəcək kimsə yoxdurmu: sən prezidentsən və xalqınızın bir hissəsi “soyqırım” təhlükəsi altında olduğu halda sənin pianoda ifa etməyə haqqın yoxdur.

Bununla nə demək istəyirsən? “120 min” ermənini vecinə almırsan, yoxsa beynəlxalq aləmə mesaj verirsən ki, hər şey yaxşıdır, öz yolunda gedir?

Rəsmi çıxışı zamanı etdiyi yeganə mənalı iş NATO üzvü olan ölkədə Rusiyadan şikayət etməkdir. Heç başa düşürmü ki, dövlət nədir, fəlakət nədir?

Deyəsən, biz birinci dəli dövlətik. Əvvəlki prezident ölkəni talayaraq gizli şəkildə Abu-Dabidən qaçdı və indi rahat Londondan narahatlığını ifadə edir.

Sabah Ermənistanda böyük faciə baş verəndə biri yenidən pianoda ifa edəcək, digəri isə öz xalqına başsağlığı tviti göndərəcək.

Erməni xalqına heç kim izah etmir ki, KTMT təlimlərinin ləğvinə və Rusiya hərbi bazasının buraxılması fikrinə sevinəndə, Qərbdə heç kim sizə heç bir təhlükəsizlik zəmanəti vermir. Düşməniniz 8 ölkənin iştirakı ilə sərhədləriniz yaxınlığında hərbi təlimlər keçirir və bu o deməkdir ki, bizi böyük fəlakət gözləyir.

Və bir gün Türkiyə-Azərbaycan ordusu “Zəngəzura sülh” adı ilə əməliyyata başlayanda bunun niyə baş verdiyini anlamağa belə vaxtınız olmayacaq. Və əminəm ki, təəccüblə soruşacaqsınız: Rusiya niyə kömək etmədi, niyə bizi tək buraxdı?

Mən dostlarıma və böyük ictimai xadimlər qrupuna səslənirəm: vətəni xilas etmək üçün çox az vaxtımız qalıb.

Ya dövləti xilas edəcəyik, ya da fəlakətlə üzləşəcəyik. Laqeydliyinizlə bu fəlakətə töhfə verəcəksinizsə, fərq o qədər də böyük olmayacaq”, – deyə Ovannisyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*