“Biz onları qorumaya bilmərik” – Putin dünyaya SƏSLƏNDİbackend

Biz onları qorumaya bilmərik” – Putin dünyaya SƏSLƏNDİ

“Rusiyanın Ukraynanın hazırkı hakimiyyətini neonasist hesab etməsi üçün hər cür əsası var”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

Kreml rəhbəri Adolf Hitlerin şəriki olmuş Stepan Banderanı Kiyevdə izzətləndirdiklərini xatırladıb. O, Ukrayna hərbçilərini Donbasda mülki əhalinin edam olunması praktikasını davam etdirməkdə günahlandırıb:

“Ona görə də bizim hazırkı rejimi neonasist adlandırmaq üçün hər cür əsasımız var və silahlı qüvvələrimiz özlərini rus mədəniyyətinin bir hissəsi hesab edən, rus dilində danışan insanlara kömək üçün əlindən gələni edəcək. Biz onları qorumaya bilmərik”, – deyə Putin vurğulayıb.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin fikirlərinə dəstək nümayiş etdirərək Avropanı neonasizmi canlandırmaqda günahlandırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*