“Biz Şarm əl-Şeyxə rüsvay olmaq üçün getməli idik?!”backend

“Biz Şarm əl-Şeyxə rüsvay olmaq üçün getməli idik?!”

“Biz Şarm əl-Şeyxə rüsvay olmaq üçün getməli idik?”

KONKRET.az xəbər verir ki, bunu İran Prezident Aparatının Protokol üzrə müavini Abbas Musəvi bildirib.

O, X-dakı səhifəsində Məsud Pezeşkianın niyə Misirdə keçirilən Sülh sammitinə getmədiyini izah edib.

Donald Trampın Şarm əl-Şeyx sammitindəki çıxışından bir hissəni “X”da dərc edən keçmiş səfir yazıb:

“Bunları birbaşa eşitmək, rüsvay olmaq, biabırçılıqla və təzminatsız qayıtmaq üçün Şarm əl-Şeyxə getmək istəyirdik?!”

“Beynəlxalq siyasət bəzilərin təsəvvür etdiyi və ya göstərdiyi qədər sadə deyil. İranın məntiqli və çevik xarici siyasəti təkayaq toyuğa bənzəmir, şübhəsiz ki, onun qeyrət və şərəf var”.

Xatırladaq ki, Sülh sammitindən əvvəl bir çoxları prezident Məsud Pezeşkiana müraciətlə onun tədbirdə iştirakına təkid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*