“ABŞ Azərbaycandan niyə ciddi güzəştlər tələb etmir? Təbii ki, bunun əksinə olaraq Ermənistandan bu, tələb edilir”.
KONKRET.az xəbər verir ki, bu sözləri danışıqlar üzrə mütəxəssis, konflikt üzrə ekspert Artur Martirosyan bildirib.
O daha sonra deyib: “Biz heç vaxt eşitədik ki, güzəştlərdən danışan cənab Blinken Əliyevdən erməni məhbusları azad etməyi tələb edir və ya heç vaxt eşitmirik ki, USAID rəhbəri Samanta Pauer Qarabağdan olan qaçqınların öz vətənlərinə qayıtmasını tələb edir. Heç Qarabağ ermənilərinə qarşı etnik ayrı-seçkilik olduğu da deyilmir. Ancaq çətin kompromislərdən danışlır. Hər şey aydındır, deyirlər: bütün əraziləri Azərbaycana verin, sülh olacaq”.
Həmsöhbətimiz vurğulayıb ki, Amerika tərəfinin təsəvvür etdiyi sülh Azərbaycanın bütün tələblərinin Ermənistan tərəfi hesabına təmin olunmasıdır. Onları qətiyyən başqa şeylər maraqlandırmır.
ABŞ Dövlət Departamentinin dediyi sərt kompromislər ərazilərin verilməsini nəzərdə tutur. Ermənistan hökuməti ona görə xalqı müharibə ilə qorxudur. Danışıqlar aparan Ermənistan XİN öz xalqını müharibə ilə qorxudur. Niyə? Çünki müharibə təhlükəsi olmasa, yeni güzəştlərini necə əsaslandıracaqlar? Unutmayın ki, güzəştlər yalnız ərazi güzəştləri ilə məhdudlaşmır. Azərbaycan nəhayət ki, erməni məsələsini bağlamaq istəyir ki, Böyük Turan layihəsini təhlükəyə atmasın”.
Martirosyanın fikrincə, Ermənistanın bu hökuməti ilə ABŞ eyni düşünür.
“Bəli, Əliyevlə danışıqların gedişi ilə bağlı o qədər də məlumatımız yoxdur, amma verilən bəyanatları oxuyandan və Əliyevin tələblərinin siyahısını görəndən sonra məlum olur ki, bəlkə o, vədlər alıb, bütün bunları edəcək. Əliyev Ermənistan Konstitusiyasına dəyişiklik etməklə yanaşı, 300 min azərbaycanlının Ermənistana gəlib yaşamasından danışır. Sual ondan ibarətdir ki, erməni tərəfi artıq buna razılıq veribmi? Ermənistan hökuməti verdiyi vədləri yerinə yetirməyəndə Əliyev zorakı həll yollarına əl atacaq. Paşinyan hər şeyi, əraziləri birdən verə bilməz, situasiyanı partlada bilər. Beləliklə, Ermənistanın əraziləri parça-parça olacaq, – deyə Artur Martirosyan fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az