“ABŞ Ukraynadakı vəziyyəti hər gün izləyir və lazım gələrsə, səfirliyinin bəzi əməkdaşlarının təxliyəsi barədə qərar qəbul etməyə hazırdır”.
KONKRET.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “NBC” televiziyasına müsahibəsində deyib.
Blinken əlavə edib ki, səfirliyin işçilərini ixtisar etmək qərara alınsa, bu proses təhlükəsizlik vəziyyətinə əsaslanaraq həyata keçiriləcək. /APA