BMT Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul etdibackend

BMT Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul etdi

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək məqsədilə Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının nəticələrinə əsasən, bu komissiyanın “Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.

Məlumatda ​​qeyd olunur ki, bu, Türkmənistanın komissiya çərçivəsində təşəbbüskarı olduğu ilk qətnamədir və dövlət başçılarının – Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun təsisçilərinin Bakıda keçirilmiş sammitinin nəticələrini özündə əks etdirir.

Son yarım əsrdə Aral dənizinin həcmi təxminən 10 dəfə azalıb. Əvvəllər dünyanın dördüncü ən böyük dənizi hazırda bir neçə su anbarına bölünür və ərazisi 54 min kvadratmetrdən çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*