BMT baş katibi: “Koronavirusa qarşı peyvəndləmə ləng gedir”backend

BMT baş katibi: "Koronavirusa qarşı peyvəndləmə ləng gedir"

Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır.

KONKRET.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

“ÜST dünya əhalisinin 70%-nin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, biz bu məqsədlərə çatmağa yaxın deyilik”, – Quterreş bildirib.

Baş katib qeyd edib ki, “omikron” ştamının yayılması dünya üçün koronavirusla mübarizənin yüksək prioritet olduğunu deməyə əsas verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*