BMT İranla bağlı qətnamə QƏBUL ETDİbackend

BMT İranla bağlı qətnamə QƏBUL ETDİ

BMT-nin İnsan Haqları Şurası (İHŞ) İranda etiraz aksiyaları zamanı insan hüquqları pozuntularını araşdırmaq üçün missiyanın yaradılması haqqında qətnamə qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, 47 nümayəndə heyətindən 25-i təşəbbüsün lehinə səs verib. Ermənistan, Çin və Kuba da daxil olmaqla altı ölkə buna qarşı çıxıb. Daha 16 ölkə isə bitərəf qalıb.

Sənəd BMT İHŞ-nin bir gün əvvəl Cenevrədə keçirilən xüsusi sessiyasında müzakirə edilib.

Qətnamədə bildirilir ki, şura 16 sentyabr etirazları zamanı İranda insan hüquqlarının pozulması iddialarını araşdırmaq üçün müstəqil missiya yaradacaq. Missiyanın üzvlərini İHŞ sədri təyin edəcək. Araşdırmaların ilkin nəticələri İnsan Haqları Şurasının 2023-cü ilin yayında keçiriləcək 53-cü sessiyasında açıqlanacaq.

Qeyd edək ki, Almaniya və İslandiyanın təşəbbüsü ilə İrandakı vəziyyəti müzakirə etmək üçün sessiya çağırılıb. Görüş zamanı Venesuela, Çin, Kuba, Pakistan və Suriya nümayəndələri bu təşəbbüsü tənqid edib.

Xarırladaq ki, İranda polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlar başlayıb. Son məlumatlara görə, 14 mindən çox insan saxlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*