BMT: “Ukraynada 7 mindən çox insan öldürülüb”backend

BMT: “Ukraynada 7 mindən çox insan öldürülüb”

Rusiyanın genişmiqyaslı işğalı başlayandan Ukraynada 7 mindən çox dinc sakin həlak olub.

KONKRET.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə  Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi daha 11 327 nəfərin yaralandığını bildirib. 2023-cü ilin əvvəlindən 104 nəfər ölüb, 284 nəfər xəsarət alıb.

Mülki itkilərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, raketlərdən və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahlardan istifadə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*