“Boko Haram”ın lideri intihar etdibackend

“Boko Haram”ın lideri intihar etdi

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının başçısı Abubakar Şekau ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə “İslam dövlətinin Qərbi Afrika əyaləti”nin (ISWAP) audioyazısına istinadən bildirib ki, A.Şekau partlayış zamanı həlak olub.

AFP agentliyi isə eyni audioyazıya istinadən xəbər verir ki, A.Şekau “İslam dövlətinin Qərbi Afrika əyaləti” qpurlaşmasının təqibindən sonra özünə qəsd edib.

“Boko Haram”dan isə sözügedən xəbəri şərh etməkdən imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*