Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandıbackend

Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.

Federasiyadan KONKRET.az-a verilən məlumata görə, 54 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Kristin Gillespi (Yeni Zelandiya) ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 30:24, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Rəhimova 1/8 finalda Yohana Karolina Qomeslə (Venesuela) üz-üzə gələcək. Görüş martın 20-də olacaq.

Qeyd edək ki, Rəhimova 1/32 finalda Lethokule Sibisə (CAR) qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*