Braziliyanın birinci xanımı Janja Lula de Silva Rio-de-Janeyroda keçirilən G20 sosial tədbiri zamanı amerikalı milyarder İlon Maskı təhqir edib və dezinformasiyanın qarşısını almaq üçün sosial medianın tənzimlənməsinin vacibliyindən danışıb.
KONKRET.az xəbər verir ki, o danışarkən gəminin fiti səslənib və o, “Düşünürəm ki, bu, İlon Maskdır. Mən səndən qorxmuram, İlon Mask” deyə zarafat edib. Bundan əlavə, Lula de Silva amerikalı sahibkara qarşı nalayiq ifadələr işlədib.
X sosial şəbəkəsinin sahibi Mask, Braziliyanın birinci xanımının sözlərinə gülərək yüksək səsli emoji yerləşdirərək cavab verib.