Bakının bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb. Əvvəllər 19-20 manata satılan sümüksüz ət hazırda 21 manata qədər bahalaşıb. Sümüklü mal ətinin qiyməti isə 19 manat təşkil edir. Bu artım müvəqqətidir, yoxsa davamlı xarakter daşıyacaq? Ümumiyyətlə, ətin qiymətinin daha da bahalaşması gözləniləndirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ətin qiymətində müşahidə olunan artım uzunmüddətli prosesin davamıdır:

“Ətin qiymətinin artması son 15 ilin hadisəsidir. Artıq 15 ildir ki, qiymətlər durmadan yüksəlir. Hazırda qiymət artımının əsas səbəbi ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının azalması ilə bağlıdır. Son 5 ildə bu istiqamətdə kəskin azalma müşahidə olunur.”
Ekspert əlavə edib ki, son zamanlar heyvanlar arasında yayılan xəstəlik də vəziyyəti ağırlaşdırıb:
“Bu xəstəlik həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara ciddi zərər vurur. Əgər bu proses davam edərsə, növbəti illərdə ətin qiymətində daha kəskin bahalaşma baş verəcək.”
Beləliklə, ekspertin sözlərinə görə, yaxın gələcəkdə ətin qiymətlərinin enməsi real görünmür. Əksinə, istehsal azaldıqca və xəstəliklər yayılmağa davam etdikcə bazarda qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir.
Aynurə İsmayıl
KONKRET.az

Belə ki, indi olduğu qiymətə ət alnaq nümkün olmur, aylarla ətin dadını bilməyənlər var, qarxsa qiyməti necə olacaq insanların rifahı ???
Ya keçmişdən bu günə qədər inək,göyün,keçi dabaq xəstəliyinə tutulublar və heç zaman bu qədər hay həsir qoymamışdı…bu nədirsə başqa şeydən xəbər verir ..sionistlərin təxminən 2030 a planlandığı mal qaranın yox etmə arzularini biz hamıdan qabaq etmək istəyirik -molodes almaq ucun
Türkiyədə ətin qiyməti 40-45 arası qiymətə satılır burda da elə etmək istəyirlər ki ətin qiyməti daha da baha olsun bu insanlar necə dolansın necə gedib bir kilo ət ala bilsin bu millətin səsine səs. Verən yoxdur bu hakimiyyət heç utanmır görən hərşey günü gündən bahalaşır özlərinin pullu var deyə elə bilirlər hamının var