Bredixin: “Ermənistan Moskvanın kürəyindən xaincəsinə zərbə vurdu”backend

Bredixin: "Ermənistan Moskvanın kürəyindən xaincəsinə zərbə vurdu"

“Ermənistanın bütün suverenliyi və dövlətçiliyi Rusiyadan asılıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

O bildirib ki, Ermənistan Moskvanın kürəyindən xaincəsinə zərbə endirib.

“Rusiyanın kollektiv Qərbə qarşı olduğu bir şəraitdə amerikalılarla birgə təlimlər birbaşa xəyanət və KTMT-dəki müttəfiqin kürəyinə bıçaq zərbəsi vurmaqdan başqa heç bir şəkildə qiymətləndirilə bilməz”, – deyə Bredixin bildirib.

Onun sözlərinə görə, bu, Ermənistan hakimiyyətinin gələcəkdə NATO-ya üzvlüyünə namizəd olmaq üçün ciddi niyyətindən xəbər verir.  Baxmayaraq ki, əvvəllər NATO və Aİ nümayəndələri tərəfindən heç kimin Ermənistanı müdafiə etməyə hazır olmadığı barədə rəsmi bəyanatlar verilmişdi.

“Bugünkü Ermənistanın bütün suverenliyi və dövlətçiliyi birbaşa Rusiyanın nə qədər təhlükəsizlik zəmanəti verəcəyindən asılıdır. Rusiya olmadan heç bir suverenlikdən danışmaq olmaz. KTMT və Aİİ üzvü olan Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etmək niyyəti də xəyanətdir, çünki Ermənistanın hüquqi bazasının BCM və Haaqa Tribunalı kimi Qərb institutları ilə birləşməsi Rusiyanın yeritdiyi strategiyaya ziddir”, – deyə politoloq bildirib.

Günel Mikayılova,

KONKRET.az

  • Rəfael
    Sentyabr 8, 2023 - 13:17

    Ermənistanın NATO-ya üzv olması bir absurddur. O boyda İsveçi qəbul edə bilmirlər, süpürgə altında qalan ermənistanı necə qəbul edəcəklər.
    Bu Rusiyaya sataşmaq üçün erməni variantıdır.
    ABŞ ilə təlimlər isə, belə şeylər bütün ölkələrlə keçirilir, yəni bu BMT sülhməramlılarının təlimidir.

Rəfael üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*