Brilliantın oğlu: “Borca almışam, milyoner deyiləm, rahat yatın”backend

Brilliantın oğlu: "Borca almışam, milyoner deyiləm, rahat yatın"

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin sosial şəbəkədə yeni “iPhone 13”ü paylaşması müzakirə yaradıb.

KONKRET.az xəbər verir ki, onun instaqramda yaydığı telefonunun görüntüləri izləyiciləri arasında qıcıq yaradıb və sənətçinin övladının ünvanına tənqidi fikirlər yazıblar.

Daha sonra C. Hacıyev açıqlama yayaraq telefonu kreditlə götürdüyünü qeyd edib:

“Nolub sizə? Yazır ki, varlığa nə darlıq! Fransız xalqı kef edir. Telefonu 18 aylıq kreditə götürmüşəm. İlkin ödəniş üçün (33 faiz) bankdan borca pul götürmüşəm. Mənim pulumu sayanlar, narahat olmayın. Milyoner deyiləm, gedib rahat yatın”./olay.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*