Britaniya immiqrasiya ilə bağlı yeni məhdudiyyətlər TƏTBİQ EDİRbackend

Britaniya immiqrasiya ilə bağlı yeni məhdudiyyətlər TƏTBİQ EDİR

Böyük Britaniya immiqrasiya ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-tədqiqat kurslarında təhsil alan əcnəbi aspirantlar artıq yeni immiqrasiya məhdudiyyətlərinə görə öz ailə üzvlərini Britaniyaya gətirə bilməyəcəklər.

Bildirilib ki, bu il leqal miqrasiya rekord həddə, 700 min nəfərə çatıb.

Baş nazir Rişi Sunak deyib ki, bu addım miqrasiyanı azaltmağa kömək edəcək.

Qeyd edək ki, ötən il əcnəbi tələbələrin himayəsində olan şəxslərə 135 788 viza verilib ki, bu da 2019-cu ilin göstəricisindən təxminən doqquz dəfə çoxdur.

Baş nazir bildirib ki, 2024-cü ilin yanvarında başlayacaq məhdudiyyətlər rəqəmləri əhəmiyyətli dərəcədə dəyişəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*