Britaniya parlamentinin TikTok hesabının bağlanması TƏLƏB EDİLDİbackend

Britaniya parlamentinin TikTok hesabının bağlanması TƏLƏB EDİLDİ

Britaniya parlamentinin Çinin “ByteDance” texnologiya şirkətinə məxsus TikTok-da hesab açması müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico”nəşri məlumat yayıb.

Məsələ ilə bağlı bir neçə deputat İcmalar və Lordlar Palatasına məktub yazıb.

Onlar TikTok-un istifadəçi məlumatlarını Çinlə paylaşdığını iddia edərək, parlamentin sözügedən platformada hesab açmaq qərarından məyus olduqlarını bildiriblər.

Siyasətçilər məlumatların Çinə ötürülməməsinə dair zəmanət verilməyənə qədər parlamentin TikTok hesabının silinməsinə çağırıblar.

Digər tərəfdən TikTok-un Avropa üzrə vitse-prezidenti Teo Bertram bildirib ki, şirkətin mühəndisləri yalnız bəzi məhdud və idarə olunan məlumatlara çıxış əldə edə bilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*