Britaniya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildibackend

Britaniya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi

Böyük Britaniya Yaxın Şərqdə artan gərginlik fonunda Kipr, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniyada yerləşən hərbi kontingentini maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.

KONKRET.az xəbər verir ki, bu addım bölgədə mümkün eskalasiyalara çevik cavab vermək və regional təhlükəsizlik maraqlarını qorumaq məqsədi daşıyır. Qeyd edilir ki, Britaniya Silahlı Qüvvələri vəziyyəti yaxından izləyir və ehtiyac yarandığı halda sürətli müdaxilə üçün tam hazırlıqlı vəziyyətdədir.

Rəsmi London məsələ ilə bağlı hələlik geniş şərh verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*