Britaniya Ukraynaya “Brimstone 2” raketləri VERDİbackend

Britaniya Ukraynaya “Brimstone 2” raketləri VERDİ

Böyük Britaniya Ukraynanı təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri ilə təchiz edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Lazer təyinat sistemi ilə təchiz edilmiş raketlər “Tornado” və “Typhoon” qırıcılarından buraxılır.

Bildirilib ki, 2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olan bir “Brimstone 2” raketinin qiymət təxminən 175 min funt sterlinqdir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə 12 km-ə yaxındır.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Ukraynaya 7000-ə yaxın “NLAW” tank əleyhinə raket kompleksləri, 100-dən çox zirehli texnika, “Starstreak” raketləri ilə təchiz edilmiş “Stormer” özüyeriyən zenit silahları, “M109” haubitsaları, “L119” yedəkli silahlar və “M270” raket sistemləri göndərib.

Noyabrın 19-da Kiyevə səfər edən Britaniyanın Baş naziri Rişi Sunak Londonun Kiyevə 125 zenit silahı, həmçinin hava hücumundan müdafiəni gücləndirmək və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün xüsusi texnika verəcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*