Bu aviaşirkət də Bakıya uçuşlara başlayırbackend

Bu aviaşirkət də Bakıya uçuşlara başlayır

“Anadolujet” aviaşirkəti iyunun 20-dən etibarən Antalyadan paytaxt Bakıya həftədə iki dəfə olmaqla uçuşlara başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə “Türkiyə Hava Yolları” məlumat yayıb.

Bildirilib ki, uçuşlar şirkətin xarici səfərlərin miqyasını genişləndirməsi çərçivəsində baş tutur.

İyunun 20-dən Antalya-Bakı Heydər Əliyev Hava Limanı arasındakı uçuşlar çərşənbə axşamı və bazar günləri baş tutacaq.

Vurğulanıb ki, 31 mart 2022-ci ilə qədər alınan biletlərdə cərimə ödəmədən dəyişiklik etmək mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*