Bu Avropa ölkəsi “Taliban”ı tanımayacaq – QƏTİ QƏRARbackend

Bu Avropa ölkəsi “Taliban”ı tanımayacaq - QƏTİ QƏRAR

Çexiya heç bir halda Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” tərəfindən qurulan hökuməti tanımamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yakub Kulqanek jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, buna baxmayaraq, Çexiya bir şəkildə “Taliban”la qarşılıqlı əlaqəyə ehtiyac duyacaq.

“İndi elə vəziyyətdəyik ki, “Taliban” Əfqanıstanın yeni ağasıdır. Mən buna heç sevinmirəm, amma reallığı olduğu kimi tanımalıyıq”, – deyə Çexiya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) dövlətləri Əfqanıstanda “Taliban”a qarşı vahid yanaşma formalaşdırmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*