Bu, Bakı və Moskvanın yox, Qərb və Ermənistanın maraqlarına xidmət edir – YENİ MƏQAMLARbackend

Bu, Bakı və Moskvanın yox, Qərb və Ermənistanın maraqlarına xidmət edir - YENİ MƏQAMLAR

“Azərbaycan xarici siyasətində balanslaşdırılan və qonşularla dinc yanaşı yaşama prinsipinə sadiq qalır, beynəlxalq hüquq çərçivəsində əlaqələrin inkişafında maraqlıdır. Xüsusilə Rusiya ilə münasibətlərin qorunması və genişləndirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən biridir”.

Bu fikirləri politoloq Azad Məsiyev KONKRET.az-a açıqlamasında səsləndirib:

AZAD MƏSİYEV: FRANSANIN APARDIĞI SİYASƏT NƏ BEYNƏLXLAQ HÜQUQA, NƏ DƏ SİYASİ REALLIĞA SÖYKƏNİR - Təzadlar | www.tezadlar.az

“ 2022-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq sazişi imzalanıb və bu sənəd münasibətlərin dərinləşdirilməsinə xidmət edir”.

Politoloq qeyd edib ki, son vaxtlar Rusiya və Azərbaycan arasında yaranan soyuqluq süni şəkildə formalaşdırılıb:

“İstər Rusiya, istərsə də beynəlxalq mətbuatda iki ölkə arasındakı münasibətlərin pozulmasına yönələn kampaniya aparılır. Bu, təsadüfi deyil. ABŞ başda olmaqla Qərb dairələri uzun müddətdir ki, Cənubi Qafqaz ölkələrindən Rusiyaya qarşı istifadə etmək niyyətindədir.”

Məsiyev hesab edir ki, Gürcüstanın baş nazirinin də Qərbin ölkəni Rusiyaya qarşı ikinci cəbhə açmağa təhrik etməsi barədə açıqlaması bu planın tərkib hissəsidir. Onun fikrincə, Qərb qüvvələri Rusiya ilə Azərbaycan arasında yaranan strateji əməkdaşlığı zəiflətmək, xüsusilə də Rusiyanın cənub cinahını zəiflətmək məqsədi güdür.

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin pozulması nə Rusiyanın, nə də Azərbaycanın milli maraqlarına uyğundur. Bu proses daha çox Qərbin və düşmən mövqedə olan Ermənistanın maraqlarına xidmət edir. Rusiyada erməni lobbisinin təsiri altında olan dairələr Azərbaycan əleyhinə qərəzli informasiyalar yayır,” – deyə politoloq əlavə edib.

O, həmçinin Azərbaycanın balanslaşdırılmış iqtisadi siyasət apardığını vurğulayıb və Azərbaycanın qaz ixracını misal göstərərək bildirib ki, ölkə öz sərvətlərini istədiyi tərəfə sata bilər və bu, heç bir üçüncü ölkəyə qarşı yönəlmiş addım deyil.

Sonda Məsiyev qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərindəki müvəqqəti gərginlik dövlət başçıları səviyyəsində həllini tapacaq və qərbyönümlü dairələrin bu istiqamətdəki təxribat cəhdləri nəticəsiz qalacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*