“Bu, bizə əsas verir ki, Fransanı Minsk qrupundan iti qovan kimi qovaq” – Deputatdan SƏRT AÇIQLAMAbackend

"Bu, bizə əsas verir ki, Fransanı Minsk qrupundan iti qovan kimi qovaq" - Deputatdan SƏRT AÇIQLAMA

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

KONKRET.az onunla müsahibəni təqdim edir:

– Fazil bəy, erməni baş nazirin son açıqlamaları fonunda Azərbaycanla Ermənistan arasında mümkün razılaşmanın olacağına inanmaq nə dərəcədə realdır?

– Noyabrın 9-da videoformatda keçirilməsi nəzərdə tutulan görüşdən erməni tərəfi imtina edib. Bunu da psixoloji amillərlə əsaslandırmağa çalışıb. Erməni tərəfi məğlubiyyətin il dönümündə hansısa bir müzakirə aparmağı özləri üçün doğru saymadıqlarını açıqlamışdılar. Amma faktiki olaraq Ermənistan məğlub olmuş bir ölkədir. Bu cür tərədüdləri də daha çox daxili auditoriyaya çağırışlar kimi qiymətləndirilir. Ermənistandan kənarda isə onların nazı-ədası keçmir. Çünki Ermənistan baş naziri Nikol Paşinyan iki sənədə imza atıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış sənədə əsasən Ermənilərin buradan kənara çıxması mümkün deyil. Bundan kənar durmaq yenidən müharibənin başlanması deməkdir. Çünki bu Azərbaycana kifayət qədər ciddi əsas verir ki, həmin müqaviləyə əməl etməyən ölkəni ancaq müharibə yolu ilə masaya otuzdursun. Ona görə də, bu danışıqlarda hansısa bir prinsipial məsələnin həllində vacib addım atdıqlarını düşünürlər. Amma belə bir şey yoxdur. Ermənistan Zəngəzur dəhlizi və başqa məsələlərdə şərhlər verə bilər. Amma faktiki odur ki, Azərbaycan günün birində Laçın dəhlizini bağlayar. Burada da Azərbaycan tam olaraq haqldır. Hətta burada Rusiyanın da deyəcək bir sözü qalamayacaq. Çünki biz erməniyə yol vermişiksə, o niyə yol verməməlidir? Bəlli də bir yol var. Burada ümumi nəzərdə tutuilmuş dəmir yolu və avtomobil yolundan söhbət gedir. Məhz bu səbəblərə görə, Ermənistan üçün bəhanələrə yer yoxdur. Sadəcə olaraq Ermənistan bu gün yenə də özünü əzabkeş obrazında təqdim etməyə çalışır. Bu da keçməyəcək. Azərbaycan öz iradəsini qarşı tərəfə qəbul etdirəcək.

– Soçi görüşünə erməni baş nazirin gərgin daxili ictimai-siyasi formada getməsi müzakirələrə necə təsir edə bilər?

– Azərbaycan tərəfi qarşı tərəflə hansısa bir duyğusal, psixoloji və yaxud da onun könlünü alacaq bir müzakirələr aparmırıq. Biz hamı ilə söhbət aparırıq və dürüstük. Müqavilə imzalanıbsa, Azərbaycan da buna əməl edir. Tələb edilən də odur ki, Azərbaycana yol verilməlidir. Burada daha başqa bəhanəyə yer yoxdur. Hətta Ermənistan Şimal sərhəddindən Qazax istiqamətindən yol vermək öhdəliyi götürüb. Burada təkcə Zəngəzur dəhlizindən söhbət getmir. Sənəddə Cənub və Şimal ərazilərdən yol verilməsi məsələsi yer alıb. Sadəcə olaraq Ermənistanda Paşinyana qarşı böyük təzyiqlər var deyə, bu məsələlərdə biraz güzəştli yanaşma var. Gözlənti odur ki, məsələlər öz təbii axarı ilə həll olunsun. Təbii axarı ilə bu məsələlər həl olunmayacaqsa, Azərbaycanın əlində kifayət qədər imkanlar var. Eyni zamanda Rusiyanın da Ermənistana açıq bir davranışı gözlənilir. Burada həmçinin Rusiyanın özünün nüfuzu gündəmdədir. Çünki razıllıq sənədində Rusiya dövlət başçısının da imzası var. Ona görə də, Azərbaycan razılaşdırılmış sənəd üzərində öz tələblərini müəyyənləşdirir. Ermənistan buna əməl etmirsə, Azərbaycan bunu özü təmin edə bilər. Azərbaycan buna cavab olaraq Laçın dəhlizni bağlayacaq. Bundan başqa məsələlər əlavə izaha ehtiyac qalmır. Azərbaycanın qarşı tərəfə heç bir öhdəliyi yoxdur ki, yol versin. Bu xoşniyyətlə olan bir məsələdir ki, bütün yollar açılsın. Erməni tərəfi bizim üçün yol açmırsa, özü üçün yol saxlamağa çalışırsa, bu sadəcə absurd yanaşmadır. Belə bir anormal yanaşmanın olması da mümkün deyil. Azərbaycan da bu məsələdə heç kimə hansısa bir məsələdə güzəştə getməyəcək. Ortada konkret bir sənəd var. Hər kəs də bu sənədə istinad edib proseslərin irəliyə aparılmasına, məsələlərin həllinə nail olmalıdır.

– Paşinyan 1991-ci ildə biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq deyib. Bu yanaşma nə dərəcədə məntiqə uyğundur?

– BMT-yə daxil olarkən sərhədlərin tanınmasından bəhs edilir. O vaxt müstəqillik elan edilərkən hamı bir-birinin ərazisini tanıyırdı. Amma bu sözdə deyil. Ermənistsan isə Azərbaycan ərazisini işğal edib. 30 ildə işğalda saxlayıb. Bu da maraqlıdır ki, Ermənistan ərazi bütövlüyünü tanıdığını elan edirsə, niyə ərazimizi işğal etmişdi? Ermənistan, Kəlbəcəri, Ağdamı niyə işğalı etmişdi? Qarabağda özləri üçün bir uydurma oyunlar ortaya atmışdılar. Ona görə də, Paşinyanın yanaşmaları mənasızdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı o BMT-yə üzv ola bilməzdi. Biz də əməldə Ermənistanın tanımadığı ərazilərimizi ona qəbul etdiririk. Məhz bu səbəbdən də Ermənistan baş nazirinin bu arqumentləri çox zəif və sərsəm bir açıqlamadır. Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmışdısa Ağdam və digər ərazilər niyə işğalda saxlanılırdı. Ağdam Amerika ərazisi deyildi ki…?

– Fransanın son addımları, separatçılara dəstəyi nə ilə əlaqəlidir?

– II Qarabağ müharibəsində tək Ermənistsan məğlub olmayıb. Fransa hazırda bu məğlubiyyətin acısını yaşayır. Ermənilər burada can qoydularsa, fransızların pulu batdı. Fransızlardan bu ad altında milyonlarla pul yığılıb. O pulların da aqibəti bəlli oldu. Ona görə də, bütün bunlar Fransanın son çırpıntılarıdır. Bu günlərdə qondarma separatçı ünsürləri Fransaya bəh-bəhlə dəvət etmələri də, Azərbaycan üçün əsas yaradır ki, ATƏT-in Minsk qrupundan Fransanı “iti qovan kimi, qovaq”. Çünki bu təsisat Fransanın nümunəsində göstərdi ki, onların tərəfsiz yanaşması yoxdur. Belə olan halda Fransa necə tərəfsiz həmsədr ola bilər? Bundan da Azərbaycan tərəfi ağıllı bir tərzdə istifadə etməlidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*