Anlaşılmazlıq yaşamamaq üçün insanların xasiyyətinə bələd olmaq asan olmasa da, müəyyən xüsusiyyətlərini bilmək çətin deyil.
KONKRET.az bu səbəbdən bürclərə nəzər salıb. Təqdim olunan yazıda bürclərin hansı zarafatları bəyənib-bəyənmədiyi yer alıb:
Qoç
Belə deyək, kobud və möhkəm zarafatı sevirlər. Tanışlardan kimləsə lətifəvari durum yaransa, qoçlar səhərəcən gülə bilər. İntim məzələrlə ətrafdakıların yanaqlarını da qızardar. Əsas odur ki, zarafat qısa olsun, axı qoçların səbri 10 saniyəyə tükənir. Amma qoçu gülüş hədəfinə çevirmək tövsiyə olunmur. Marsın himayəsində olan bu bürcü araya qoysalar, ani olaraq özündən çıxar. Onların keçmişini məzhəkəyə qoysanız, dostluğunuz pozular.
Buğa
Onlar pula önəm verdikləri üçün bu səpkidə zarafatları sevirlər. Kiminsə dəllal tərəfindən əfəlləndiyini eşitsələr, gülməkdən ürəkləri gedəcək. Özünün də axmaqlıq ucbatından pul itirməsini araya qoyanda gülümsəyirlər. Amma buğanı paxıllıqda ittiham edərək gülməyiniz onu qıcıqlandıracaq. Risk etməyin.
Əkizlər
Həyat yoldaşı xəyanəti haqqında və intim məzələri xoşlayırlar. Özləri də gülməli əhvalat danışmaq həvəskarlarıdır. Xoş niyyətli olduqları bəlli olduğu üçün yaxınları onlardan incimir. Saf zarafatlar isə onların ürəyincə deyil. Yəni sonda şərin xeyrə qalib gəlməsi nağılları əkizlər üçün maraqsızdır.
Xərçəng
Ailəcanlı olduqları üçün zarafatcıldırlar. Qayınana-qayınata səfehlikləri, ər-arvad münaqişələri barədə yumora gülürlər. Özgüvən azlığına görə, öz ünvanlarına olan zarafatları həzm etmirlər. Zahiri görünüş qüsuru ilə bağlı atmacanı heç sevmirlər. Belə zarafat edən kəslə münasibətlərə ömürlük son qoya bilər.
Şir
Özgüvənli olduqları üçün yumoru sevirlər. Onları ən çox əyləndirən tanışlarının başına gələn uğursuzluqlardır. Özünün və ya doğmalarının araya qoyulmasını qəbul etmir. Onun şəxsi həyatı ilə zarafat şiri qəzəbləndirə bilər. Aslan hikkəsi ilə üzləşmək məsləhət deyil.
Qız
Ciddi olduqları üçün zarafata başqa cür yanaşırlar. Öz maraq dairələrində olan yumora meyl edirlər. Qurşaqdan aşağı zarafatlar kiminsə qəlbinə dəyirsə, qız bürcü həmin məzəni etmiş adamla əlaqəni azaldır.
Tərəzi
Ağıllı yumoru bəyənirlər. Qarşısındakını dalana dirəyən zarafatları özləri də sevir. Qəddar zarafatları xoşlamırlar. Bu zarafatı edənləri də iqnorda saxlayırlar.
Əqrəb
Amansız və intim zarafatları da bəyənirlər. Lakin müəyyən həddi qorumaq şərti ilə. Utancaq adamlardansa, səmimi zarafatcıllara üstünlük verirlər. Ailələrini isə zarafat obyekti etmək istəmirlər. Olsa, qisasları mütləqdir.
Oxatan
Ürəkdən zarafatlaşmağı sevir. Ətrafı da ondan həmişə qeyri-adi jest, ya da yumor gözləyir. Yupiterin himayəsində olan bürc zarafatları ilə bədbinliyi nikbinliyə çevirə bilən insanlara dəyər verir. Yaxın çevrəsi də deyib-gülən insanlardan ibarət olur. Oxatanların zarafatları həyat dolu olduğu üçün bədbəxt hadisə ilə üzləşmiş kiminsə bu mövzuda araya qoyulmasını bəyənmir. Belə adamlardan kənar durur.
Oğlaq
Yumor onlar üçün ikinci dərəcəli elementdir. Pozitiv məzəyə etiraz etməzlər. Real hadisələrə qulaq asırlar. Başqasının bədbəxtliyinə gülməyi isə yolverilməz sayırlar.
Dolça
İntelektual zarafatlara biganə deyillər. İncə zarafatları bacarırlar. Ətrafı güldürən bəsit zarafatlar onlar üçün axmaqlıqdır. Belə zarafat və edənlərlə məsafə saxlayırlar.
Balıqlar
Ölkəsinin milli yumorunun fanatlarıdır. Lakin digər xalqlara aid zarafatlar da onları güldürür. Pərt olunacaq oyunbazlıqlardan zəhlələri gedir. Canlı orqanizmin öləcəyi nəyəsə gülə bilmirlər.
Qeyd edək ki, bürclərin zarafat özəllikləri onların illərinə görə dəyişir.
Rəsmiyyə Şərifova,
KONKRET.az