Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, test imtahanı mərhələsində ibtidai sinif üzrə ən yüksək balı İpək Xanlayeva (92,5), Sevinc Hacıyeva (90) və Zəminə Abdullayeva (90), musiqi fənni üzrə isə ən yüksək balı Gülay Həsənli (95), Cəmilə Süleymanova (93,25) və Səbinə Məmmədova (92,5) toplayıblar.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.