“Bu hadisələrin 21-ci əsrdə baş verdiyinə inanmaq mümkün deyil” – Arustamyanbackend

"Bu hadisələrin 21-ci əsrdə baş verdiyinə inanmaq mümkün deyil" - Arustamyan

Dünya ermənilərinin Qarabağla bağlı hay- küyü davam edir.

KONKRET.az xəbər verir ki, Rusiyada yaşayan ermənilər də qarabağlı soydaşlarına həmrəylik nümayiş etdirirlər.

Moskvada yaşayan “Matç TV”nin şərhçisi Nobel Arustamyan da bu estafetə qoşulub və Azərbaycan əleyhinə ifadələr işlədib. Ölkəmizi etnik təmizləmədə ittiham edənlərin sırasına qoşulan Arustamyan özünün Teleqram kanalında yazır ki, bu hadisələrin iyirmi birinci əsrdə baş verdiyinə inanmaq mümkün deyil. Arustamyanın diqqətinə də çatdıraq ki, Xocalı, Ağdaban, Ballıqaya faciələri də cəmi 30 il əvvəl törədilib və yüzlərlə soydaşımızın qatilləri də onun soydaşlarıdır. İndi onlar hər şeyə görə cavab verirlər.

Vəli Həsənov
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*