İsrail rəsmisi ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən elan olunan atəşkəsə riayət ediləcəyinə dair siqnal verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Walla” xəbər portalına danışan adının açıqlanmasını istəməyən rəsmi qeyd edib:
“Tramp atəşkəs elan edib. Əgər bütün tərəflər bu qərara əməl etsə, o zaman atəşkəs qüvvədə qalacaq”.
Qeyd edək ki, sözügedən atəşkəs ABŞ və Qətərin vasitəçiliyi ilə İran və İsrail arasında əldə olunub.
Müşviq Tofiqoğlu,
KONKRET.az