Bu il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub.
KONKRET.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib.
Müayinə olunanların arasında talassemiyalı 55 cütlük müəyyən olunub. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.